“Futbolun gözəlliyi bundadır” – “İnter”in futbolçusu

“Futbolun gözəlliyi bundadır” –  “İnter”in futbolçusu
XƏBƏR 19 Sentyabr 2016 / 13:36 4226
-  A +

“İnter"in futbolçusu Elnur Abdullayev Topaz Premyer Liqanın V turunda "Neftçi" ilə  keçirilən oyundan (2:1) sonra Qol.az-ın suallarını cavablandırıb.

- Əzmkar qələbə qazandınız...

- “Neftçi” ötən tur böyük hesabla məğlub olmuşdu. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşmaq lazımdır. Oyuna yaxşı hazırlaşmışdıq. “Neftçi”yə yeni baş məşqçi gəldiyi üçün komanda özünü yaxşı tərəfdən göstərmək istəyirdi. Gözəl oyun keçdi, son dəqiqələrdə qələbə qazandıq.

- Son dəqiqələr də nə baş verdi ki, daha çox irəli atıldınız və iki qol vurdunuz?

- Futbolun gözəlliyi bundadır ki, hesabın necə olacağı öncədən məlum deyil.  Üç xal qazanmağı çox istəyirdik və buna nail olduq.

- Qapınıza təyin edilən penalti qərarı ədalətli idi?

- Dəqiq baxmasam, deyə bilmərəm. Amma eşitdiyimə görə penalti vardı.

- Bu qədər çətin oyun keçəcəyini gözləyirdiniz?

- Çətin olacağını bilirdik. Bu, futboldur, hər şey ola bilər. “Neftçi”yə uğurlar arzu edirəm.

Məftun MAHİROĞLU

Dünya Çempionatı 2026
Son xəbərlər
12.06.26  23:08

Andre Silva "Portu"da

topaz banner