“Şeydayevlə Mahmudov bizim milliyə uyğun deyil"

“Şeydayevlə Mahmudov bizim milliyə uyğun deyil"
XƏBƏR 19 Sentyabr 2016 / 11:20 5795
-  A +

“Ramil Şeydayev və Emin Mahmudov Azərbaycan millisində oynamaq qərarı verdi. Bu, onların seçimidir”.

Qol.az-ın “məlumatına görə, bu sözləri Rusiya millisinin sabiq üzvü Valeri Karpin “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Moskva “Spartak”ının sabiq çalışdırıcısı Ramil və Eminin seçiminin Rusiya millisi üçün itki sayılmadığını bildirib:

“Bu uşaqların səviyyəsi Rusiya millisinə uyğun deyil. Buna görə də onlar elə bir milli komandanı seçdilər ki, peşəkar keyfiyyətlərinə uyğun olsun. Artıq hər ikisi Azərbaycan millisinin əsas oyunçusu ola bilər. Demək olmaz ki, onların bu qərarı bizim millimiz üçün böyük itkidir. Ancaq deyə bilərəm ki, Rusiya millisi Ramil və Eminlə daha da güclənməyəcəkdi”.

Qeyd edək ki, "Real Sosyedad", "Valensiya" və "Selta" kimi klublarda çıxış etmiş Karpin "Spartak", "Malyorka" və "Torpedo"nu çalışdırıb.

Son xəbərlər
topaz banner