Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın növbədənkənar Konqresi keçirilib.
Qol.az-ın xəbərinə görə, tədbirdə qitənin ali futbol qurumuna yeni prezident seçilib. Seçkidə Azərbaycan da daxil olmaqla UEFA-nın üzvü olan 55 futbol federasiyası səs verib.
Qeyd edək ki, prezidentliyə iki nəfər – Aleksander Çeferin (Sloveniya) və Mixael van Praaq (Hollandiya) iddia edib.
Seçkinin nəticəsinə əsasən, Sloveniya Futbol Federasiyasının rəhbəri Aleksander Çeferin UEFA-nın yeni prezidenti seçilib. O, 42, rəqibi isə 13 səs yığıb.
Bir müddət əvvəl AFFA rəsmi şəkildə bəyan etmişdi ki, seçkidə Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək.
Qeyd edək ki,UEFA prezidenti vəzifəsinə seçkinin keçiriləcəyi Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.
Əlavə edək ki, qurumun prezidenti Mişel Platini rüşvət almaqda təqsirləndirildiyi üçün FIFA tərəfindən futboldan uzaqlaşdırılıb.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov