Emil Balayev Almaniya klubunda

Emil Balayev Almaniya klubunda
XƏBƏR 13 Sentyabr 2016 / 00:43 7837
-  A +

Milli komandamızın və "Neftçi"nin sabiq qapıçısı Emil Balayev Almaniyanın "Ayntraxt" (Braunşveyq) klubunun düşərgəsinə yollanıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  gənc qapıçı artıq “Ayntraxt”da  məşqlərə də başlayıb.

O, bir həftə ərzində 2-ci Bundesliqa təmsilçisində sınaqdan keçəcək. Özünü doğrultsa, 22 yaşlı qolkiperlə müqavilə imzalanacaq.

Qeyd edək ki, “Ayntraxt  4 turdan sonra 12 xalla turnir cədvəlinin lideridir.

Xatırladaq ki, son klubu 2014-16-cı illərdə Frankfurt "Ayntraxt"ı olan Emil Balayevin bu komandada rəsmi debütü baş tutmayıb.

Son xəbərlər
topaz banner