Eddinin komandasından qələbə

Eddinin komandasından qələbə
XƏBƏR 12 Sentyabr 2016 / 10:30 2632
-  A +

Millimizin futbolçusu Eddi İsrafilovun komandası "Kadiz" İspaniya II liqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda 4-cü turda "Hetafe"ni qəbul edib. Qarşılaşma "Kadiz"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna start heyətində başlayan E. İsrafilov sonadək meydanda olub.

Qeyd edək ki, "Kadiz" 4 turdan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Son xəbərlər
topaz banner