Topaz Premyer Liqasının IV turu daha bir futbolçunun 250-ci oyununu keçirməsi ilə əlamətdar olub.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, II turda Samir Zərgərov, III turda Ruslan Əmircanov buna nail olmuşdusa, bu dəfə Viktor İqbekoyi 250-ni fəth edib. “Zirə”nin futbolçusu “Kəpəz”lə səfər matçında yubileyini qeyd edib.
2006-cı ildən Azərbaycanda çıxış edən nigeriyalı 11-ci mövsümdür oynadığı Premyer Liqada “Turan”, “Qarabağ”, AZAL və “Zirə”nin şərəfini qoruyub. 250 matçda 47 qol vuran afrikalı buna nail olan 51-ci oyunçu kimi tarixə düşüb.
İqbekoyi Azərbaycan çempionatında ən çox oyun keçirən 3 legionerdən biridir. “Zirə”nin futbolçusunadək yalnız milliləşənlər - ukraynalı Aleksandr Çertoqanovla rusiyalı Arif Daşdəmirov 250-ni arxada qoymuşdu.
|
mövsüm |
Klub |
oyun |
qol |
|
2006/07 |
Turan (Tovuz) |
22 |
9 |
|
2007/08 |
Qarabağ (Ağdam) |
22 |
5 |
|
2008/09 |
Qarabağ (Ağdam) |
3 |
1 |
|
2008/09 |
Turan (Tovuz) |
11 |
7 |
|
2009/10 |
AZAL (Bakı) |
20 |
3 |
|
2010/11 |
AZAL (Bakı) |
29 |
3 |
|
2011/12 |
AZAL (Bakı) |
24 |
1 |
|
2012/13 |
AZAL (Bakı) |
29 |
8 |
|
2013/14 |
AZAL (Bakı) |
31 |
6 |
|
2014/15 |
AZAL (Bakı) |
22 |
2 |
|
2015/16 |
Zirə (Bakı) |
34 |
2 |
|
2016/17 |
Zirə (Bakı) |
3 |
0 |
|
Cəmi |
|
250 |
47 |
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı