"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 4-cü turunda "Zirə"yə qalib gəldikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb
- Çox yaxşı oyun oldu. Hər iki komanda meydanda layiqli mübarizə apardı. "Zirə"yə qarşı oynamaq hər zaman çətin olub. Çünki yaxşı komplektləşmiş komandadır. Oyunlarına baxanda hiss olunur ki, komandaya yaxşı baş məşqçi nəzarət edir. O ki, qaldı bizə, pis oynamadıq. 3 oyundur qələbə qazana bilməməyimiz komandaya psixoloji təsir göstərmişdi. Bu gün qazandığımız 3 xal bizim üçün lox vacib idi. Oyundan qabaq da futbolçularla danışmışdim ki, 7-ci yer bizə layiq deyil, mütləq qələbə qazanmalıyıq.
- Komandanız istədiyiniz oyunu sərgiləyə bildimi?
- İlk dəqiqələrdən rəqibə təzyiq etməyi bacardılar. Bunun nəticəsi olaraq da hesabı açdıq. Hətta ilk yarıda 2-ci qolu da vurduq, amma hesaba alınmadı. Oyundan razı qaldım. Sadəcə, qoldan sonra futbolçularımda arxayınlıq hiss etdim. Bu, məni bir az narahat edirdi. Ona görə də fasilədə onlara narazılığımı bildirdim. Belə qələbənin bizə lazım olmadığını və mübariz futbol oynamalarını istədim. İkinci hissədə, düşünürəm ki, bütün tapşırıqlarımı yerinə yetirdilər.
- Dario Frederikoya bu gün nə olmuşdu: meydanda sanki "at oynadırdı"?
- Bu gün onun ad günü idi. Təşəkkür edirəm ki, belə özəl gündə gözəl futbol oynadı. Təki 24 turun hamsında onun ad günü olsun və meydanda belə futbol sərgiləsin. Ümumiyyətlə, bütün futbolçularıma təşəkkür edirəm ki, bu gün meydanda "Kəpəz"in varlığını sübut etdilər.
- "Qarabağ" və "Qəbələ" böyük hesablı qələbə qazandı. Həm də iddilı klublar üzərində. Bu sizi rəqabətdən çəkindirmir?
- Həm "Neftçi"nin ,həm də AZAL-ın qısa müddətdə bu böhrandan çıxmasını arzulayıram. Amma biz bundan istifadə də etməliyik. Məncə, ağıllı insanlar belə düşünməlidir ki, turnir cədvəlində irəliləmək üçün bu, bir şansdır. Açığı, düşünürəm ki bunlar təsadüfi qələbələr idi. Sadəcə, onların oyunu alınmadı.
- Kamal Bayramovla oyun zamanı nə baş verdi?
- Kamal mənim futbolçum olub. Ona söz deməyə ərkim çatır. Çağırdım dedim ki, camaatı qaldırma, sakit dur. Aramızda heç bir problem yoxdur. Bu futboldur, hər şey ola bilər. Futbol emosiyanı sevir. Bu, ölülərin oyunu deyil ki, hamı sakit oturub baxsın. Mən Kamala nə isə dedimsə, o demək deyil ki, onu təhqir etmişəm. Səhvim olanda üzür istəməyi bacaran insanam. Yadınızdadırsa, ötən mövsüm "Neftçi"ilə oyunda Erik Ramosu çağırıb üzr istəmişdim.
- Bəlkə Ramil Diniyevi təhqir etməsi sizi əsəbiləşdirdi?
- Yox. Hakimlə onun mübahisəsini heç görmədim. Mən, sadəcə, azarkeşlərin ayağa qalxmaması üçün Kamala ərk etdim (Sportnet.az).
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində