“Bunu edә bilmәzdim” - Ruslan Qurbanov

“Bunu edә bilmәzdim” -  Ruslan Qurbanov
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2016 / 00:59 6078
-  A +

“Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 4-cü turunda  "Neftçi"lə oyundan (0:8) sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, Qurbanov ilk növbədə böyükhesablı qələbəni şərh edib:


- Etiraf edim ki, 8:0 hesabıyla qalib gələcəyimizi gözlәmirdik. Buna baxmayaraq sevinirәm ki, "Neftçi" kimi rәqibi belə hesabla udduq.

- Oyundan әvvәl dә qeyd etmişdin ki, qol vuracağın tәqdirdә bunu qeyd etmәyәcәksәn...
- Mәn bunu edә bilmәzdim. "Neftçi' mәnim bu sәviyyәyә yüksәlmәyimdә әsas pay sahibidir. Bu komandanın azarkeşlәrinә vә rәhbәrliyinә böyük hörmәtim var.

- Necә hesab edirsәn, nәticәnin acınacaqlı olmasında Vәli Qasımovun yoxluğu nә dәrәcәdә rol oynadı?
- Buna zәrrә qәdәr şübhәm yoxdur. Vәli müәllimә "yastığınız yüngül olsun" deyirәm. Ona tezliklә komandanın sükanı arxasına qayıtmağı arzulayıram.

- Qarşıdan Avroliqa oyunu gәlir. Aydın mәsәlәdir ki, Belçika "Anderlext"i ilә "Neftçi"ni müqayisә etmәk olmaz...

- "Anderlext" nәinki Belçikanın, Avropanın top komandasıdır. Bacardığımızın әn yaxşısını ortaya qoyacağıq ki, siz jurnalistlәri mәmnun edәk, Azәrbaycan futbolsevәrlәrini sevindirәk

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər