"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 4-cü turunda "Neftçi"yə 8:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb.
- Oyundan öncə bu cür hesabı gözləyirdiniz?
- Əlbəttə, həmişə böyükhesablı qələbə qazanmaq istəyirdik. Bu gün bizdə yaxşı alındı.
- "Neftçi" tarixinin ən böyükhesablı məğlubiyyətini aldı. Bunu bilirdinizmi?
- Xeyr. Bundan xəbərim yox idi.
- Belə qələbə Avrokubok oyunu öncəsi komandada arxayınlıq yarada bilməz?
- Yaxşı nəticə bizə daha yüksək motivasiya verdi. Pozitivik. Belə hallara öyrəşmək daha yaxşıdır. Düşünmürəm ki, bu, futbolçulara təsir edəcək.
- Bu gün əsas heyətə şans verdiniz. Olmazdı ki, bəzi oyunçuları Avrokubok oyunu üçün qoruyasınız...
- Bizdə heç nə dəyişməmişdi. Heyətə layiq olan futbolçulara şans verdik. Ümumiyyətlə, limiti də nəzərə almışdıq.
- Yeni transferlərin oyunundan razı qaldınızmı?
- Mən bütün oyunçularımdan razı qaldım. Futbolçularımı ayırmaq istəmirəm. Bəzi məqamlar var ki, onlar üzərində çalışmalıyıq.
- "Anderlext"lə oyunda hansı nəticəyə ümid edirsiniz?
- Rəqibin oyunlarına baxmışam. Bu gün onların oyunu haqqında danışa bilmərəm. Tam məlumat toplamalı və daha sonra daha dəqiq, konkret danışmalıyam.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi