"Qalatasaray"da itki - 1 ay oynamayacaq

"Qalatasaray"da itki - 1 ay oynamayacaq
XƏBƏR 10 Sentyabr 2016 / 16:41 3022
-  A +

"Qalatasaray" ciddi itki ilə üzləşib.
 
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubunun müdafiəçisi Sərdar Əziz 1 ay meydana çıxa bilməyəcək.
 
Buna səbəb isə futbolçunun dizindən əməliyyat olunmasıdır. O, Türkiyə millisinin heyətində zədə alıb. Futbolçu 5-ci turda "Beşiktaş"la derbi matçını da buraxmalı olacaq.
 
Qeyd edək ki, Sərdar Əziz yay transfer dönəmində "Bursaspor"dan "Qalatasaray"a trasnfer olunub.

Son xəbərlər
topaz banner