AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın IV turunda "Qarabağ"a səfərdə 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, 35 yaşlı mütəxəssis əvvəl görüş haqda düşüncələrini bölüşüb.
- İlk dəfədir danışmağa çətinlik çəkirəm. "Qarabağ”ı təbrik edirəm. Qarşıdakı oyunda onlara uğurlar arzulayıram. Hamı istəyər ki, komandası qalib gəlsin. Məğlub olsa belə, yaxşı oyun sərgiləsin. Ancaq bu gün komandamı tanıya bilmirdim. Bu məğlubiyyət bizə dərs olmalıdır. Gələn oyunlarda bu səhvləri təkrarlamamalıyıq. Məğlubiyyətə görə futbolçuları günahlandırmıram. Əsas günahkar mənəm. Yaxşı ki, çempionatın əvvəlində belə məğlubiyyət yaşadıq və zəif cəhətlərimizi gördük.
- Futbolçuların səhvlər etdiyini dediz. Cəzalandırılan olacaq?
- Yox. Hər məğlubiyyətə görə, futbolçuları cəzalandırsaq, onda gələn oyunda meydana buraxmağa futbolçu tapa bilmərik.
- Bu gün "Qarabağ” güclü idi, yoxsa AZAL zəif?
-
Bu futboldur. "Qarabağ” hər cəhətdən bizdən üstündür. Sadəcə olaraq, biz bu gün çox zəif təsir bağışladıq. Komanda özünə bənzəmirdi. "Qarabağ” öz oyununu oynadı.
- Belə hesabı gözləyirdiz?
- Açığı, belə biabırçılığı gözləmirdim. Düşünürdüm ki, normal oyun olacaq. Ancaq gözlədiyimiz olmadı.
- AZAL bir neçə il öncə "Qarabağ”ı 6:2 hesabı ilə məğlub etmişdi. Düşünmürsüz ki, Qurban Qurbanov bu məğlubiyyətin əvəzini çxıdı?
- Kimin nə fikirləşdiyini deyə bilmərəm. Düşünmürəm ki, kimsə bu fikirdə olsun.
- Ruslan Nəsirlinin yeri görünür...
- Mən də istəyərdim Ruslan bu gün oynasın. Onun burda olmaması məndən asılı deyil. Elə şeylər var demək olmur.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç