"Tərlan Əhmədova təşəkkür edirəm. Bu görüşü AZAL-ın meydanında oynamalı idik. Ancaq onlar razılıq verdilər, burda oynadıq. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Bizi qarşıda vacib oyun gözləyir. Bu oyuna ciddi hazırlaşmalıyıq. Vaxtımız azdır. Çünki bir müddətdir, komanda bir yerdə deyildi. Bu gün qalib gəlməyimizə baxmayaraq, ilk hissədə bizə asan olmadı. Bu səhvləri aradan qaldırmalıyıq. AZAL-a növbəti oyunlarda uğurlar arzulayıram".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 4-cü turunda AZAL-a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün oyunu "Slovan”ın məqşçisi də izləyirdi. Bu qələbəni rəqibə göz dağı kimi düşünmək olar?
- Onlar bizi tanıyırlar. Bu qələbənin "Slovan"a psixoloji təsir edəcəyini düşünmürəm. Sadəcə olaraq komandanı daha yaxından izləmək istəyirlər. Bu komanda 2 il Avropa Liqasının qrup mərhələsində oynayıb. Mən onların bir oyununu canlı izləmişəm. Həmin görüşdə 1:0 hesabı ilə qalib gəlmişdilər. "Slovan" çox dinamik, hərəkətli komandadır. Çətin olacaq.
- Hamı "Slovan”la ev oyunununun Olimpiya stadionunda olacağını düşünsə də, qarşılaşma "Dalğa Arena”da olacaq. Arenanın azarkeş tutumunun az olması sizə mənfir təsir etməyəcək?
- Mən istərdim ki, oyun böyük stadionda olsun. Ancaq hər bir halda normal meydançada oynamağa çalışmalıyıq. Bəlkə də indi Olimpiya stadionunun ot örtüyü yaxşıdır. Ancaq biz heç də o stadionun ot örtüyü yaxşı olduğu halda başqa stadionu seçməmişik. Biz azarkeşləri də hər zaman düşünürük. "Dalğa Arena”da sadəcə, bir oyun olacaq.
- Bu oyunu "Slovan”la qarşılaşma öncəsi məşq hesab etmək olar?
-Biz heç bir oyuna məşq kimi yanaşmırıq. Məşq bu görüşdən sonra olacaq.
- Bu qələbə ilə "Qarabağ”ın AZAL-dan 2:6 hesablı məğlubiyyətinin əvəzini çıxdığını demək olar?
-Ümumiyyətlə, bu barədə düşünməmişəm. Heç bir komandaya qarşı qisas barədə düşünmürəm. Belə bir şey düşünsəm, heç nə əldə edə bilmərəm. Həyatda qisas almaq daha asandır, nəinki idmanda.
- Aqolliyə millinin oyunları ilə bağlı istirahət vermişdiz?
-Bəli. O, komandaya dünən qoşuldu. Yorğun idi. Buna görə ona istirahət verdik.
- UEFA "Avro-2016"da iştirak edən oyunçulara görə klublara müəyyən məbləğ ödəyəcək. "Qarabağ”ı Aqolli "Avro-2016"da təmsil etdi. Bu məbləğin neçə faizi ona çatacaq?
-Bu, çox az məbləğdir. Biz ona nə qədər lazımdısa, pul ödəyirik (gülür).
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da