"Slovan"nın məşqçisi Yaroslav Köstl Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Qarabağ"ın Topaz Premyer Liqada AZAL-la oyunu izləyir. Qol.az-ın məlumatına görə, o, fasilə zamanı jurnalistlərin suallarını cavablandırıb.
- İlk hissədən sonra hesabın 3:0 olması gözünüzü qorxutmur?
- "Qarabağ" güclü komandadır. Fərdi ustalıqları ilə seçilən futbolçuları var. Misal üçün, Reynaldo, Riçard Almeyda, Dani Kintana. Onlar təhlükəli futbolçulardır.
- Sizcə, cütün favoriti kimdir?
- Mən "Slovan"ı təmsil etdiyim üçün öz komandamı qeyd edə bilərəm. Amma "Qarabağ"ın "Viktoriya"ya qarşı hər iki oyununu izləmişəm. Həqiqətən də, Azərbaycan klubu yaxşı oyun nümayiş etdirir.
- "Viktoriya" ilə oyunda Çexiya klubunun bəxtinin gətirdiyi ilə razısınızmı?
- Bəli, bununla razıyam. Əgər Miçel boş qapıya topu vura bilsəydi, "Viktoriya" üçün hər şey bitmişdi.
- Sizcə qrupun favoriti kimdir?
- Təbii ki, "Fiorentina". Ancaq mən də "Slovan"lıyam. Ümid edirəm ki, bizim komandamız ikinci pilləni tutacaq. Bakı gözəl şəhərdir.
- İlk oyunu "Qarabağ"a qarşı oynamağınız sizin üçün üstünlükdür?
- Bəli. Bilirəm ki, bizimlə oyun "Dalğa Arena"da keçiriləcək. "Dalğa Arena"da azarkeş tutumu az olmasına baxmayaraq, "Qarabağ"ın fanatlarının komandalarına yüksək səviyyədə dəstək olacağını da bilirik.
- "Qarabağ"la oyunlarda neçə xal qazanmağı hədəfləyirsiz?
- Hər iki oyunda qələbə qazanmaq niyyətindəyik.
Məftun MAHİROĞLU
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da