Xəbər verdiyimiz kimi, azərbaycanlı K-1 ustası Zabit Səmədov pərəstişkarları ilə görüşüb. Qol.az-ın xəbərinə görə, görüşdən əvvəl Z.Səmədov jurnalistlərin suallarını cavablandırıb.
O, Qroznıda peşəkar kikboksçular arasında dünya çempionu adını qazanması ilə bağlı danışıb.
- Dünya çempionluğu döyüşündə ilk raundda rəqibə nokautla qalib gəlib çempion oldunuz. Bu, öncədən düşünülmüş taktiki gediş idi, yoxsa?
- Gözləmədiyim qədər tez bir qələbə oldu. Bunu bilmək olur ki, neçənci raundda qələbə qazanacaqsan, ya da nokautla qalib gələcəksən.
- Badr Hari ilə yenidən döyüş mümkündürmü?
- Hələ ki, elə bir fikir yoxdur. Badr Harinin dekabrın 12-si döyüşü olacaq, qalib gəlsə, mən tərəfdən elə bir təklif ola bilər.
- Dünya çempionluğunu ən böyük nailiyyətin kimi qəbul etmək olarmı?
- Açığı, məndə elə bir istək olmayıb ki, çempionluq kəmərlərim çox olsun. Çalışmışam ki, güclü döyüşçülərlə döyüşəm. Avropa və dünya çempionluğu o qədər də önəmli deyil. Əsas odur ki, güclü döyüşçülərlə döyüşüm.
- Katalin Moroşanuya ilə döyüşdən bir gün öncə, o, sizə aqresiv davranmışdı. Döyüş zamanı bu amil sizə təsir etdi?
- Xeyr. Məni bir az güldürdü. Elə bir idmançı deyiləm ki, kimdənsə çəkinəm. O, hər döyüşdən əvvəl rəqiblərinı qarşı elə hərəkətlər edir. Nəticə göz qabağındadır.
- Karyeranızda ən yadda qalan döyüş hansı olub?
- Karyeramda çox vacib döyüşlər olub. Bunların qeyd etmək istəmirəm.
- Katalin Moroşanuya qalib gəlmək necə bir hisdir?
- Onu yaxşı tanıyıram. 10 ildir K-1 də vuruşuram, özü də ağır çəkidə. Onunla görüşmüşük və rəqiblərimiz başqa rəqiblər olub. Yaxın münasibətimiz olub, bir yerdə hazırlaşmışıq döyüşə.
- Azərbaycanlı məhşurlardan kimsə sizi təbrik etdi?
- Bəli, təbrik etdilər.
- Katalin Moroşanu güclü idmançıdır. Siz onunla döyüşdə çox rahat idiniz...
- Katalin güclü döyüşçüdür və ağır zərbələri var. Katalinin rəqibləri qüvvətli olub və onlara nokautla qalib gəlməyi bacarıb. Mən o zərbələri hiss edirdim və qaçmağı bacarırdım.
- Bir çox film ulduzları filmlərə çəkilir. Sizin belə belə bir fikriniz varmı?
- Var. Ola bilər, bu yaxınlarda bir filmdə çəkildim.
- Bəs, Azərbaycanda öz məktəbinizi yaratmaq, öz tələbələrinizi yetişdirmək fikriniz var?
- Bəli, bu mənim böyük arzumdur.
Məftun MAHİROĞLU
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi