La Liqada ən yaxşılar müəyyənləşdi

La Liqada ən yaxşılar müəyyənləşdi
XƏBƏR 9 Sentyabr 2016 / 00:58 2880
-  A +

İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi və futbolçusu müəyyənləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, ayın ən yaxşı məşqçisi “Las Palmas”ın çalışdırıcısı Kike Setyen seçilib. “Leqanes”in qapıçısı Yon Serantes isə ən yaxşı futbolçu adına sahib çıxıb.

Setyenin rəhbərliyi altında “Las Palmas” La Liqanın ilk 2 turunda “Valensiya” (4:2) və “Qranada”nı (5:1) məğlub edib. Bu nəticələr sayəsində komanda hazırda çempionatın lideridir.

Serantes isə “Selta” (1:0) və “Atletiko” (0:0) ilə görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.

Daha çox


Son xəbərlər
topaz banner