Türkiyə millisinin futbolçusu Əmrə Mor baş məşqçisi Fatih Terimlə yaşadığı mübahisə barədə danışıb.
Qol.az-ın "Hürriyət"ə istinadən yaydığı xəbərə görə, gənc oyunçu Xorvatiya ilə görüşdə əvəzləndiyi üçün F.Terimə əsəbləşmədiyini deyib:
"Yaxşı oynamadığıma görə özümə əsəbiləşdim. Daha yaxşı çıxış edə biləcəyimi düşünürdüm. Pis oynadığım üçün özümlə hesablaşaraq əsəbiləşdim. Bunun başqa cür anlaşılmasını istəmirəm. Fatih Terimə qarşı heç vaxt pis hərəkət etmərəm. Təəssüfləndiyim tək şey ata kimi gördüyüm Fatih Terimə və komanda yoldaşlarım olan qardaşlarıma lazımi dəstək verməməyimdir. Hazırda mənə olan bu dəstəyin əvəzini vermək istəyirəm. Üzərimdə məsuliyyət hiss edirəm".
O, paltardəyişmə otağını erkən tərk etdiyi iddialarına da münasibət bildirib:
"Bu, yalan xəbərdir. Almaniyaya qayıdacaq digər oyunçularla oradan ayrılıb hava limanına getdim. Nuri Şahinlə birgə Almaniyaya getdik. Bu cür polemikalarla yox, oyunu ilə danışılan Emre olmaq istəyirəm".
Qeyd edək ki, Ə.Morun DÇ-2018-in seçmə mərhələsində Xorvatiya ilə oyunda (1:1) əvəzləndiyi üçün baş məşqçisi F.Terimə əsəbiləşdiyi iddia edilirdi.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video