“Hamımız millimizdən böyükhesablı qələbə gözləyirdik. Ancaq hələlik millimizin oyun üslubu yoxdur. Bununla belə üç xal qazanmışıq”.
Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov milli komandamızın DÇ-2018-in seçmə mərhələsində San Marino ilə səfər oyunu (1:0) haqda danışarkən deyib.
Millimizin sabiq çalışdırıcısı komandamızın zəif San Marino yığmasına çətinliklə qalib gəlməsini belə izah edib: “Biz həmişə müdafiədə oynamışıq. İndi birdən-birə hücum futbolu oynaya bilmirik. Hələ ki, oyunçulara hücum futbolu çatmır. Ancaq bunun da vaxtı çatacaq.
Məncə, millimiz Avro-2020-yə hazırlaşır. Heyəti də buna uyğun təkmilləşdirmək lazımdır. İndi bizdə lider futbolçu yoxdur. Oyunu üzərinə götürən futbolçu lazımdır. Millimiz komanda oyunu oynamaq istəyir. Məncə, yığmamız seçmə mərhələnin növbəti oyunlarında yaxşı çıxış edəcək”.
Təcrübəli mütəxəssis millimizin San Marino ilə oyunda razı və narazı qaldığı məqamlara toxunub: “Həmişə deyirdik ki, bizdə başla qol vuran futbolçu yoxdur. Ancaq gördüyünüz kimi, Ruslan Qurbanov qələbə qolunu başla vurdu. Bu da vacib amildir.
Narazı qaldığımız məqamlara gəldikdə isə həm mərkəzdə, həm də hücumda problemlər var. Orta xətdə çevik oyun yoxdur. Topu ön xətt oyunçularına ötürməkdə ləngiyirlər. Qeyd etdiyim kimi, öyrəşməmişik ki, bizə qarşı müdafiə olunsunlar. Həmişə biz özümüz müdafiədə oynamışıq. Bizdə müdafiə olunub, əks hücumlar etmək daha yaxşı alınır.
A.Mircavadov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın Farer adaları ilə biabırçı oyunundan (1:1) da söhbət açıb:
“Bu komandamızda vəziyyət bir qədər fərqlidir. Məsələ ondadır ki, U-21-in heyətinin yarısı öz klubunda ehtiyatda qalan oyunçulardır. Oyun təcrübələri yoxdur. Bununla belə, Farer adaları ilə oyunda komandamız böyük üstünlüyə malik idi. Futbolçularımızın ləngliyi nəticənin bu cür olmasına səbəb oldu. Təbii ki, Farer adalarını uda bilmədiyimiz üçün heç bir bəhanə keçərli deyil.
Biz milli komanda deyiriksə, deməli, ilk növbədə futbolçularda istək olmalıdır. Bayrağa, himnə sevgi olmalıdır. Düzdür, ikinci hissədə istəkli oynadılar. Bəs niyə əvvəldən belə oynamırdılar?
U-21 millisi nə üçün yaradılıb? Məqsəd A milli komandasına futbolçu yetişdirməkdir. Burada futbolçudan çoş şey asılıdır. Mən də məşqçi olmuşam. Futbolçu tənbəldirsə, üzərində çalışmırsa, qoy elə futboldan getsin”.
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu
Kapitan "Liverpul"u tərk edə bilər
Bölgə təmsilçisi qapıçısı ilə anlaşdı
İspaniya klubu yeni baş məşqçisini açıqladı
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
Qurban Qurbanov onun arzusunu həyata keçirdi - Şəkillər
"Sabah" Fransa klubundan futbolçu transfer etdi
Amin Seydiyevin yeni klubu
Premyer Liqada mövsümün ən yaxşı oyunu seçildi
DÇ-2026-da həm tarixə düşəcək, həm karyerasını bitirəcək
Millinin rəqibləri bilindi
ABŞ-a buraxılmayan hakimə - UEFA-dan böyük etimad
"Qarabağ" rəhbərliyi Qurban Qurbanovla nəyi müzakirə edib?
"Sumqayıt"dan "Şamaxı"ya - Rəsmi
"Seltik" 74 yaşlı baş məşqçisi ilə müqaviləni uzatdı
"Şəfa" yeni loqosunu təqdim etdi - Şəkil
Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
Kasilyas infarkta görə "Portu"nu məhkəməyə verib
Xəyal Əliyev əməliyyat olundu
FİFA reytinqi açıqlandı, Azərbaycan mövqe itirdi
"Qarabağ"da üç futbolçunun son durumu
DÇ-2026-nın ən çox qazanan futbolçuları kimlərdir? - TOP-10
"Barselona" 18 yaşlı hücumçunu transfer etdi
Daha 3 il "Qarabağ"da - Rəsmi
Roma Papası azarkeş və möminlərə müraciət etdi