“Azərbaycan millisindən 6 xal almalıyıq”

“Azərbaycan millisindən 6 xal almalıyıq”
XƏBƏR 7 Sentyabr 2016 / 16:53 6410
-  A +

“Karyeramın ən yaxşı dövründəyəm. Hər gün daha səylə çalışıram ki, oyunumu inkişaf etdirim”.

Qol.az-ın məlumatına görə, bu sözləri DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan  Norveç yığmasının üzvü  Rune Yarsteyn deyib.

“Herta” klubunun qapıçısı Almaniya mətbuatına açıqlamasında DÇ-2018-in seçmə mərhələsindəki mübarizələrindən bəhs edib. O, Almaniyaya böyük hesabla uduzduqları oyundan və növbəti qarşılaşmalardan danışıb:

“Həmiş millinin 1 nömrəsi olmaq istəmişəm. Düzdür, Almaniya ilə oyunda 0:3 hesabı ilə uduzduq. Ancaq millinin heyətində əsas qapıçı kimi meydana çıxmaq məndə xoş təəssürat yaratdı. Məqsədimiz seçmə mərhələni qrup ikincisi kimi başa vurmaqdır. İstəyimizə çata bilərik. Bunun üçün Azərbaycan və San Marinonun hər birindən 6 xal almalıyıq”.

Daha çox


Son xəbərlər
topaz banner