İspaniyaya qalib gəldik

İspaniyaya qalib gəldik
XƏBƏR 7 Sentyabr 2016 / 16:30 3590
-  A +

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası ilk oyununu keçirib.
 
Qol.az-ın xəbərinə görə, İspaniya yığması ilə qarşılaşan millimiz 4:2 hesabı ilə qələbə qazanıb.

Komandamızın qollarını İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.

Millimiz növbəti oyununu sentyabrın 8-də İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
 

Daha çox


Son xəbərlər
topaz banner