“Olimpiadanın ekvatoruna çatmışıq. Sabah olimpiadada istirahət günüdür. Əsl mübarizə də bundan sonra başlayacaq. Ümidvaram ki, yarışın gedişatı şahmatsevərləri və media nümayəndələrini qane edir”.
Qol.az-ın Bakı Şahmat Olimpiadasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, 42-ci Ümumdünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov deyib.
Mahir Məmmədov Bakı Kristal Zalın media mərkəzində bu gün yerli və əcnəbi jurnalistlər üçün mətbuat konfransı keçirib.
O, olimpiadanın hazırlıq prosesinin gərgin keçdiyini bildirib: “Olimpiadanı keçirmək hüququ qazananda qarşımıza məqsəd qoymuşduq ki, yarışı ən yaxşı şəkildə keçirək. Məqsədimiz olimpiadanı şahmat bayramına çevirmək idi. Hazırlıq prosesi gərgin alındı. Bakı Şahmat Olimpiadasının digərlərindən nə dərəcədə seçildiyini demək təvazökarlıqdan uzaq olar. Olimpiada başa çatdıqdan sonra işimizə qiymət veriləcək. Çalışırıq ki, olimpiadanın hər bir iştirakçısı üçün gözəl şərait yaradaq”.
Mahir Məmmədov Olimpiadanın Əməliyyat Komitəsinin rəhbəri olduğu üçün şahmatçılarımızın çıxışını yaxından izləyə bilmədiyini bildirib: “Əminliklə deyə bilmərəm ki, hansısa şahmatçının çıxışını diqqətlə izləyirəm. Ümumi olaraq komandaların əhval-ruhiyyələrinə baxıram, debütlər, kombinasiyalar haqda çox səthi məlumatım var. Kişilərdən ibarət əsas millimizin liderlər arasında olması, qadınların cəmi 1 xal itirməsi sevindirici haldır”.
Məmmədov olimpiadanın gedişi zamanı ortaya çıxan problemlərdən də söz açıb: “Çalışırıq ki, hansısa problem çıxanda yerindəcə həll edək. Əlbəttə, nə qədər yarışa diqqətlə hazırlaşsan da, fors-major hallar qaçılmazdır. Hazırda şahmatçıların kənardan informasiya almamaları ciddi nəzarətdə saxlanılır. Giriş-çıxış qapılarında nəzarət çox güclüdü. Oyunlardan əvvəl bildirilmişdi ki, kapitanlar yalnız bir dəfə çıxa bilər. Ancaq Yunanıstan yığmasının kapitanı bu şərti pozmuşdu. Ona görə də mühafizə xidməti haqlı olaraq onu zala buraxmaq istəmirdi”.
Milli komandalarımızın formaları digərlərindən seçilir. M. Məmmədov bu ideyanın Əməliyyat Komitəsinin üzvlərindən birinə məxsus olduğunu vurğulayıb: “Forma mənim ideyam deyildi. Təklif Əməliyyat Komitəsinin üzvlərinin birindən gəldi. Bir çox yarışlarda xüsusi geyimlə çıxış etmək istəsək də, təklif olunan variantlar dəbli olmadığı üçün bəyənilməmişdi. Amma hazırkı geyim xoşagələndir”.
Olimpiada ilə əlaqədar olaraq “Socar-Azerbaijan” şahmat klubunun çıxışına fasilə verildiyini bildirən Məmmədov, olimpiada və FİDE-nin konqresi ilə əlaqədar olaraq xarici qonaqların ölkəmizə gəlişinin davam etdiyini söyləyib: “Nüfuzlu qonaqların gəlişi yenə də gözlənilir. Ancaq indidən onların adlarını çəkmək istəmirəm. Əsas tədbirlərdən biri növbəti Olimpiadanın təqdimatı olacaq”.
Mahir Məmmədov olimpiadayla bağlı azərbaycanlı jurnalistlərin geridə qalan fəaliyyətlərindən razı qaldığını bildirib: “Düzgün qərarlarımızdan biri Sənan Şəfizadəni bu işə cəlb etmək idi. Bakı Şahmat Olimpiadasının mətbuat xidməti kimi onun fəaliyyətindən tam razıyıq. Şəfizadə peşəkarlığı, enerjisi ilə bütün tapşırıqların öhdəsindən gəlir. Olimpiadanın işıqlandırılması ilə bağlı hər hansı problem yoxdur”.
Olimpiadanın Əməliyyat Komitəsinin rəhbəri yarışın gedişi zamanı Bakıda şahmat bayramının yaşandığını qeyd edib: “Əvvəldən məqsədimiz qonaqları yarışa cəlb etmək, bayram əhval-ruhiyyəsi yaratmaq idi. Bu işin öhdəsindən gəlmişik. Şəhərdə bayram əhval-ruhiyyəsi hiss olunur. Kristal Zalda gözəl sərgi əyləncə mərkəzi yaradılıb. Şahmata aid xeyli maraqlı, baxılası yerlər var. Hər kəsi qonaqpərvərlik zonasına dəvət edirik”.
Sabah olimpiadada istirahət günü olsa da, şahmatçılar üçün hər hansı tədbir nəzərdə tutulmayıb. Mahir Məmmədov bunun səbəbini belə izah edib: “Bu gün qonaqlar üçün “Bermuda Party” var. Bakının gözəlliyi qonaqların ixtiyarındadır. Biz xüsusi hər hansı proqram təşkil etməmişik. Birincisi, qonaqların sayı çoxdur. Bu, bizi bir tərəfdən sevindirir, amma xüsusi proqram tərtib etmək üçün çətinlik yaradır. Olimpiadanı elə nəzərdə tutmuşuq ki, idmançılar daim bulvar ətrafında olsunlar. Qonaqlara ilk növbədə İçəri Şəhəri gəzməyi məsləhət görərdim”.
Sonda Mahir Məmmədov gələcəkdə də Azərbaycanın mötəbər şahmat yarışlarına ev sahibliyi edəcəyini deyib: “Azərbaycan gələcəkdə də şahmat yarışlarının təşkilindən kənarda qalmayacaq. Əlimizdə olan turnirləri davam etdirəcəyik. 3 ildir Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarış keçirilir. Həmin turnir gələcəkdə də baş tutacaq. Həm uşaq olimpiadası, həm də FİDE Qran Prilərininin təşkili ilə bağlı bizə müraciətlər var. Olimpiada başa çatan günün ertəsi FİDE ilə müzakirələrə başlayacağıq”.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı