Yaşar Vahabzadə: "Bu, biabırçılıq deyil"

Yaşar Vahabzadə: "Bu, biabırçılıq deyil"
ÖLKƏ FUTBOLU 6 Sentyabr 2016 / 20:54 4707
-  A +

21 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi Yaşar Vahabzadə AÇ-2017-nin seçmə mərhələsində Bakıda Farer adaları ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransı keçirib

 
- Əvvəlcədən bilirdik ki, rəqib əks-hücumda oynayacaq. Əsas təhlükə top bizdə olanda yarana bilərdi. Qorxduğumuz da başımıza gəldi. Rəqib fərqlənənədək epizodlarımız oldu. Qapımızda top gördükdən sonra uşaqlar əzmkarlıq göstərdi və bərabərlik qolunu vurduq.
 
- İstefa barədə düşünmürsünüz?

- Xeyr, növbəti oyuna hazırlaşırıq.
 
- Budaq Nəsirova şans verməməyiniz nə ilə bağlıdı?


- Oyun təcrübəsi yoxdu.
 
- Bəs, Elnur Cəfərovun təcrübəsi var idi?

- Xeyr, Elnura dəstək olmalıyıq. Ancaq oyun göstərdi ki, Cəfərov məşqdə özünü yaxşı tərəfdən göstərsə də, oyun təcrübəsinin yoxluğu özünü büruzə verdi.
 
- Yəni, etiraf edirsiniz ki, Elnuru start heyətində buraxmaqla səhvə yol vermişdiniz?

- Xeyr. Axı, o, məşqdə özünü yaxşı tərəfdən göstərmişdi.
 
- Rəqib komandanın baş məşqçisi cəmi 30 minlik əhalidən yığma formalışdırmalı olduğunu qabartdı. Sizin sərəncamınızda isə oynayan futbolçular var idi. Uğursuzluqda günahkar futbolçulardı, yoxsa baş məşqçi?

 - Bu, futboldu. Oyunçuların əzmkarlığını yerə vura bilmərik. Bu, biabırçılıq deyil.

Mənbə: futbol11.az

Daha çox


Son xəbərlər