Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində sərnişindaşıma sahəsində optimallaşdırma işlərini davam etdirir. Qeyd edilən bu amillərə əsaslanaraq Bakı Nəqliyyat Agentliyi 15, 24, 93 və 172 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edib.
BNA-dan verilən məlumata görə, əvvəllər 15 saylı marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən Bakı Metropoliteninin “Qara Qarayev” stansiyası istiqamətində hərəkət edirdi. Dəyişiklikdən sonra isə sərnişinlər 15 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla Bakı Olimpiya Stadionu və Böyük Şor bulvarına gedə biləcəklər.
Bakıətrafı qəsəbələrdən Bakı Olimpiya Stadionuna və Böyük Şor bulvarına getmək istəyən sərnişinlər 172 saylı marşrut avtobusundan istifadə edə bilərlər. Belə ki, əvvəllər adı çəkilən marşrut xətti Bilgəh, Maştağa və Zabrat qəsəbələrindən keçməklə, Heydər Əliyev prospekti ilə “Koroğlu” metro stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olurdu. Dəyişiklikdən sonra bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə, Bakı Olimpiya Stadionuna, oradan isə "Koroğlu" metro stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə hərəkət edəcək.
Bununla yanaşı, “N.Nərimanov” metro stansiyasından 24, “Dərnəgül” stansiyasından isə 93 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Bakı Olimpiya Stadionuna və Böyük Şor bulvarına daxil olacaq.
Qeyd edək ki, 15 saylı marşrut xətti üzrə 4, 172 saylı marşrut xətti üzrə 2, 24 saylı marşrut xətti üzrə 1 və 93 saylı marşrut üzrə də 1 avtobus Bakı Olimpiya Stadionuna və Böyük Şor bulvarı istiqamətində hərəkət edəcək.
Bu dəyişiklik Bakı Olimpiya Stadionunda çalışan əməkdaşların, həmçinin burada təşkil edilən yarışlar və müxtəlif kütləvi tədbirlər zamanı tamaşaçıların idman obyektinə rahat gediş gəlişini təmin edəcək. Bundan əlavə, bu yenilik istirahət məqsədi ilə stadion yaxınlığındakı Böyük Şor bulvarına üz tutan sakinlərin işini də asanlaşdıracaq.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda