AFFA ona səs verəcək – UEFA-da seçkidi

AFFA ona səs verəcək – UEFA-da seçkidi
XƏBƏR 6 Sentyabr 2016 / 14:22 2538
-  A +

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA prezidenti vəzifəsinə seçkilərdə hazırda Sloveniya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışan Aleksander Çeferinin namizədliyini dəstəkləyəcəyini açıqlayıb.
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi bu il sentyabrın 14-də, Yunanıstanın paytaxtı Afinada keçiriləcək seçkidə Aleksander Çeferinə səs verəcəyi barədə qərar qəbul edib.

Daha çox


Son xəbərlər
topaz banner