42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü günündə yarışın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, F. Həsənov geridə qalan 3 turu belə dəyərləndirib:
“Artıq olimpiadada dördüncü tur start götürüb. Həmişə ilk tur çətin alınır. Bəzən hansısa komanda gecikir, bir başqası oyuna gəlmir. Üstəlik, təşkilatı işləri də unutmaq olmaz. İlk turdan sonra hər şey qaydasına düşdü. Geridə qalan müddətdə yarışı ən yüksək səviyyədə keçiririk və əminəm ki, sona qədər də belə olacaq”.
Faiq Həsənov bildirib ki, olimpiadada 5 qitəni təmsil edən hakimlər iş başındadırlar:
“Olimpiadada 5 qitəni təmsil edən 192 hakim iş başındadır. Hakimlərin bir qismi oyunçuların qaydalara düzgün riayət etməsinə, kənardan müdaxilələrin olmamasına nəzarət edir. Olimpiadada 13 beynəlxalq hakim məhz bu işə kömək edir. Yarışda azərbaycanlı hakimlərin sayı 30-a bərabərdir. Onlar yüksək səviyyələri ilə seçilirlər”.
Olimpiadanın baş hakimi ilk turda bəzi komandaların mübarizəyə qoşulmamasına da münasibət bildirib:
“Hər hansı bir gecikmə bizdən asılı deyil. Çünki Bakı Şahmat Olimpiadasının Təşkilat və Əməliyyat Komitələri bütün işləri yüksək səviyyədə təşkil edib. Dövlət başçımız İlham Əliyevin vizalarla bağlı sərəncamı var. Bütün qonaqlar məhz bu sərəncamın sayəsində asanlıqla viza əldə ediblər. Gecikmə halı hər olimpiadada olur. Bu, adi haldır. Bəzən hansısa komanda yarışın baş tutduğu ölkəyə yollanmaq üçün pul tapa bilmir. FİDE-nin qaydalarına görə, iqtisadiyyatı zəif, kasıb ölkələrə hər olimpiadada gəliş-gediş üçün yerli federasiya tərəfindən müəyyən məbləğ ayrılır. Biz tərəfdən bütün öhdəçiliklər yerinə yetirilib”.
Faiq Həsənov olimpiadanın üçüncü turunda yaponiyalı şahmatçının cəzalanmasına aydınlıq gətirib:
“Qaydalara görə bütün komandalara təlimat verilib ki, oyun zalına qol saatı, qələm, telefon gətirmək olmaz. Lakin dünən kişilərdən ibarət Yaponiya yığmasının dördüncü lövhəsində mübarizə aparan Tanq Tanq özü ilə birgə telefon gətirmişdi. Hakimlər bu halı aşkarladılar. Bu səbəbdən də yapon şahmatçıya texniki məğlubiyyət verildi. Onun turnirdən uzaqlaşdırılması məsələsi də müzakirə edildi. Lakin 2 cəzanın ağır olacağını düşündük. Növbəti dəfə belə həl təkrarlanarsa, həmin idmançı mütləq yarışdan kənarlaşdırılacaq”.
Faiq Həsənov oyun zamanı şahmatçıların kapitanları ilə təmasına belə imkan verilmədiyini söyləyib:
“Oyunlar zamanı hər hansı müdaxilənin olmaması üçün qaydalar sərtləşdirilib. Oyunçular, kapitanlar, məşqçilər nəzarət altındadırlar. Hər xırda məqama diqqət yetirilir. Hətta oyunçularla kapitanların siqaret çəkdikləri yerlər ayrılıb ki, hər hansı təmas olmasın. Tromsödə baş tutan son olimpiadada vəziyyət qarışıq idi. Bakı Olimpiadasında görülən işlərimiz FİDE tərəfindən yüksək qiymətləndirilir. Dünən Şəhriyar Məmmədyarova dərman lazım idi. Komandamızın kapitanı Aleksey Dreyev mənə yaxınlaşıb, bu haqda məlumat verdi. Mən isə bildirdim ki, dərmanı görüşün hakiminə təqdim edin. Qoy, o özü dərmanı Şəhriyara versin ki heç bir təmas olmasın”.
Yarışın baş hakimi olduğu üçün şahmatçılarımızın çıxışını dəyərləndirmək istəməyən Həsənov, Bakı olimpiadasının tarixə düşəcəyini bildirib:
“1984-cü ildən olimpiadalara qatılıram. Əminliklər söyləyirəm ki, bu cür yaddaqalan olimpiada olmayıb. Bakı Şahmat Olimpiadası tarixə düşəcək. Bu, tək mənim fikrim deyil. Hər kəs bu faktı dəstəkləyir”,
Faiq Həsənov olimpiadadan öncə ölkə prezidenti İlham Əliyevin şahmatçılarımızla görüşünü tarixi hadisə adlandırıb:
“Adətən dövlət başçımız idmançılarla yarışlardan sonra görüşür. Lakin bu dəfə prezident şahmatçılarımızla yarışdan əvvəl görüşdü. Bu, tarixi hadisədir. Ölkə rəhbərinin etimadı şahmatçılarımızda ruh yüksəkliyi yaradıb. İlham Əliyevin xoş sözləri, verdiyi dəstək şahmatçılarımız üçün çox yaxşı motivasiyadır. Şahmatçılarımız da prezidentin etimadını doğrultmaq üçün çalışırlar”.
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu
Kapitan "Liverpul"u tərk edə bilər
Bölgə təmsilçisi qapıçısı ilə anlaşdı
İspaniya klubu yeni baş məşqçisini açıqladı
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
Qurban Qurbanov onun arzusunu həyata keçirdi - Şəkillər
"Sabah" Fransa klubundan futbolçu transfer etdi
Amin Seydiyevin yeni klubu
Premyer Liqada mövsümün ən yaxşı oyunu seçildi
DÇ-2026-da həm tarixə düşəcək, həm karyerasını bitirəcək
Millinin rəqibləri bilindi
ABŞ-a buraxılmayan hakimə - UEFA-dan böyük etimad
"Qarabağ" rəhbərliyi Qurban Qurbanovla nəyi müzakirə edib?
"Sumqayıt"dan "Şamaxı"ya - Rəsmi
"Seltik" 74 yaşlı baş məşqçisi ilə müqaviləni uzatdı
"Şəfa" yeni loqosunu təqdim etdi - Şəkil
Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
Kasilyas infarkta görə "Portu"nu məhkəməyə verib
Xəyal Əliyev əməliyyat olundu
FİFA reytinqi açıqlandı, Azərbaycan mövqe itirdi
"Qarabağ"da üç futbolçunun son durumu
DÇ-2026-nın ən çox qazanan futbolçuları kimlərdir? - TOP-10
"Barselona" 18 yaşlı hücumçunu transfer etdi
Daha 3 il "Qarabağ"da - Rəsmi
Roma Papası azarkeş və möminlərə müraciət etdi
Türkiyə millisinin düşərgəsindən yeni xəbər
Mahir Emrelinin növbəti ünvanı - Azərbaycan, yoxsa?..
Mükafat məsələsində razılığa gəldilər
"Bayer" yeni transferini açıqladı
"Zirə" beş futbolçu ilə müqaviləni uzatdı
Samir Ələkbərov bu klubun baş məşqçisi oldu