“İnter” – “Zirə” oyununun vaxtı dəyişdirildi

“İnter” – “Zirə” oyununun vaxtı dəyişdirildi
XƏBƏR 5 Sentyabr 2016 / 15:32 1771
-  A +

Topaz Premyer Liqanın VII turunda keçiriləcək “İnter” – “Zirə” matçının vaxtı dəyişdirilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, buna 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı səbəb olub.
 
Oktyabrın 7-də Helsinkidə Finlandiya U-21 yığması ilə rəsmi oyun keçirəcək millimiz həmin ayın 2-dən etibarən Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Millimizin heyətində “İnter” və “Zirə” klubunun futbolçuları da yer alacaq. Bütün bunları nəzərə alan PFL qarşılaşmanın vaxtını dəyişib.
 
“İnter” – “Zirə” matçı əvvəlcədən nəzərdə tutulduğu kimi oktyabrın 2-də deyil, sentyabrın 30-da keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner