İbrahimoviç Mourinyonu təriflədi

İbrahimoviç Mourinyonu təriflədi
XƏBƏR 4 Sentyabr 2016 / 15:12 4199
-  A +

“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç baş məşqçisi Joze Mourinyo haqda xoş sözlər deyib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, isveçli hücumçu “Mançester Yunayted”ə keçidində baş məşqçi amilinin əsas rol oynadığını bildirib:

“Daha əvvəl iki dəfə Premyer Liqada oynamaq şansım olub. “Arsenal” və “Mançester Siti” mənə təklif göndərmişdi, ancaq İngiltərəyə getməyə ehtiyac duymamışdım. İndi isə Mourinyo ilə çalışıram. Ondan çox şeylər öyrənmişəm. Kim Mourinyo kimi bir məşqçisinin olmasını istəməz ki”.

Qeyd edək ki, İbrahimoviç Milan "İnter"ində də Mourinyonun rəhbərliyi altında oynayıb.

Daha çox


Son xəbərlər
topaz banner