Mourinyo onu siyahıya salmadı

Mourinyo onu siyahıya salmadı
XƏBƏR 3 Sentyabr 2016 / 15:46 4716
-  A +

"Mançester Yunayted"in Avropa Liqasının qrup mərhələsi üçün heyəti açıqlanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, baş məşqçi Joze Mourinyi 27 futbolçuya etimad göstərib.

Portuqaliyalı mütəxəssis gözlənildiyi kimi Bastian Şvaynştaygeri heyətdə görmək istəməyib.

Qeyd edək ki, ötən il 9 milyon avroya “Mançester Yunayted”ə tranfer olunan Şvaynştaygerin klubla müqaviləsi 2018-ci ilin iyununda başa çatır. Joze Mourinyo dəfərlərlə onu heyətdə görmək istəmədiyini açıqlayıb.

Daha çox


Son xəbərlər
topaz banner