Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki San-Marino yığması ilə səfər oyunu öncəsi brifinq keçirib.
- Millinin yeni seçmə mərhələdə ilk rəsmi oyuna hazırlığı necə gedir?
- Tam yaxşı. Milli komandayla artıq 8 gündür bir yerdəyik. Futbolçular çempionatda yalnız 3 turda çıxış ediblər. Buna baxmayaraq, onlardan razıyam. İki oyunçu bizə kömək edə bilməyəcək. Bu, Ruslan Abışovla Bədavi Hüseynovdur. Bədavi klubdan zədəli gəlmişdi. Biz də baxdıq ki, qısa zamanda onu hazır vəziyyətə bilmərik. Təəssüf ki, Ruslan məşqdə zədələndi. Millinin məşq prosesindən tam razıyam. Yığma hazırdır. Son günlərdə bəzi şeyləri məqş edəcəyik. Sentyabın 4-nü böyük həvəslə gözləyirik ki, oyunun vaxtı gəlsin, seçmə mərhələyə uğurlu başlayaq.
- Əsas qapıçı Kamran Ağayevin son vaxtlar oyun praktikasının olmaması problem yaratmayacaq?
- Doğrudur, təəssüflər olsun ki, Kamran son həftələrdə az oynayıb. Ancaq məşq prosesinə baxanda tam razıyam. Kamran Ağayev, Səlahət Ağayev, Anar Nəzirov - fikrimcə, Azərbaycanın ən güclü qapıçıları burdadır. Oyuna kimi vaxtımız var, əsas qapıçı ilə baxıb qərar verəcəyəm. Fürsətdən istifadə edərək onu deməliyəm ki, təkcə Kamranda yox, bütün komandada motivasiya yüksəkdir. Bunu məşq prosesindən hiss edirəm. Futbolçular sentyabrın 4-dəki matça hazırdırlar və oyunu səbirsizliklə gözləyirlər.
- Həmişə oyunadək start heyətini açıqlamısınız. Bu dəfə onu müəyyənləşdirməmisiniz?
- Bəli, beynimdə artıq var ki, ilk dəqiqələrdən kimlər oynayacaq. Həmkarlarımla bu haqda danışmışam. Mən oyuna 1 gün qalmış start heyətini açıqlayıram. Ancaq siz 3 gün qalmış bunu bilmək istəyirsiniz. Yox, mən bunu etməyəcəyəm. Çünki oyunadək 3 məşqimiz qalıb. Çox şey ola bilər.
- Bədavi ilə Ruslanın yoxluğunda müdafiə xətində problemləri necə həll edəcəksiniz?
- Sözsüz ki, futbolçu zədə alanda bu, məşqçi üçün xoş hal deyil. Ancaq artıq fakt belədir ki, bu 2 müdafiəçi bizə San-Marinoda kömək edə bilməyəcək. Heyətdə 23 futbolçumuz var. Hər oyunçudan istifadə edə bilərəm. Bunu məşq prosesində göstərirlər. Onların yerinə başqasının oynaması çətin olacaq.
- San-Marino ilə oyunda heç-heçə uğurlu nəticə olacaq? Rəqibin qələbə şansı nə qədərdir?
- Futbolda görürsən ki, zəif güclü rəqibi məğlub edir. Biz necə hazırlaşmışıqsa, San-Marino da bizə qarşı elə hazırlaşır. Biz ora 3 xal dalınca gedirik.
- Ötən seçmə mərhəlyə yarımçıq gəlmişdiniz. Milli 4 oyunda uduzmuşdu. Bu dəfə də 0 xalla başlayırsınız. Bunun fərqi var?
- Seçmə mərhələyə sıfırdan başlamaq çətindir. Bu zaman tam başqa motivasiya olur. Mən komandama inanıram. O, bir neçə güclü rəqiblə oyunda özünü göstərə bilib. Fikrimcə, gəlişimdən sonra milli komanda artırıb. Oyun planında yaxşılığa doğru dəyişiklik var. Əsas odur ki, mən komandama inanıram. Bizim üçün rəqib fərq eləmir. Milli komandada özünəinam hissi yaranıb.
- Ufuk Budakla Toğrul Eratın milliyə çağırılmaması nəylə bağlıdır?
- Onlar indi olmamağı o demək deyil ki, gələcəkdə də olmayacaqlar. Mənə elə gəlir ki, San-Marinoya qarşı heyətdə ən yaxşı futbolçular cəmləşib.
- Ramil Şeydayevlə Emin Mahmudov start heyətində meydana çıxacaqlar?
- Bilmirəm, baxarıq. İndidən deyə bilmərəm ki, kim əsas heyətdə oynayacaq. Bayaq da dedim ki, 3 gün qabaq heyəti açıqlamayacağam. Onu deyə bilərəm ki. Ramillə Eminin məşq prosesindən razı qalmışam. Təəssüf ki, nə Şeydayev "Trabzonspor", nə də Mahmudov "Boavişta"da rəsmi debüt edib. Bu üzdən oyun təcrübələri azdır. Ancaq məşqdən hiss olunur ki, yaxşı futbolçulardır. Hər ikisi özlərini hazırlıqda müsbət tərəfdən göstəriblər.
Mənbə: sportnet.az
DÇ-2026: Günün oyunları
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu
Kapitan "Liverpul"u tərk edə bilər
Bölgə təmsilçisi qapıçısı ilə anlaşdı
İspaniya klubu yeni baş məşqçisini açıqladı
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
Qurban Qurbanov onun arzusunu həyata keçirdi - Şəkillər
"Sabah" Fransa klubundan futbolçu transfer etdi
Amin Seydiyevin yeni klubu
Premyer Liqada mövsümün ən yaxşı oyunu seçildi
DÇ-2026-da həm tarixə düşəcək, həm karyerasını bitirəcək
Millinin rəqibləri bilindi
ABŞ-a buraxılmayan hakimə - UEFA-dan böyük etimad
"Qarabağ" rəhbərliyi Qurban Qurbanovla nəyi müzakirə edib?
"Sumqayıt"dan "Şamaxı"ya - Rəsmi
"Seltik" 74 yaşlı baş məşqçisi ilə müqaviləni uzatdı
"Şəfa" yeni loqosunu təqdim etdi - Şəkil
Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
Kasilyas infarkta görə "Portu"nu məhkəməyə verib
Xəyal Əliyev əməliyyat olundu
FİFA reytinqi açıqlandı, Azərbaycan mövqe itirdi
"Qarabağ"da üç futbolçunun son durumu
DÇ-2026-nın ən çox qazanan futbolçuları kimlərdir? - TOP-10
"Barselona" 18 yaşlı hücumçunu transfer etdi
Daha 3 il "Qarabağ"da - Rəsmi
Roma Papası azarkeş və möminlərə müraciət etdi
Türkiyə millisinin düşərgəsindən yeni xəbər
Mahir Emrelinin növbəti ünvanı - Azərbaycan, yoxsa?..
Mükafat məsələsində razılığa gəldilər
"Bayer" yeni transferini açıqladı
"Zirə" beş futbolçu ilə müqaviləni uzatdı
Samir Ələkbərov bu klubun baş məşqçisi oldu
ABŞ-a buraxılmadı, ölkəsində qəhrəman oldu - Video
Superliqa klubunda yeni baş məşqçi
Tevesi Sampaoli əvəzlədi - Rəsmi
La Liqa klubu baş məşqçisi ilə müqavilə imzaladı
“Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək