Fransa millisində 3 itki

Fransa millisində 3 itki
XƏBƏR 30 Avqust 2016 / 01:31 3034
-  A +

Fransa millisi qarşıdakı oyunlar öncəsi 3 itki ilə üzləşib.

Qol.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Lion”un hücumçusu Aleksandr Lakazett, onunla eyni klubdan olan Nabil Fekir və “Kristal Pelas”ın yarımmüdafiəçisi Yoan Kabay yığmadan kənarda qalıblar. Hər 3 futbolçu zədədən əziyyət çəkir.

Onların əvəzinə Usman Dembele (“Borussiya”, Dortmund), Kevin Qameyro (“Atletiko”) və Joffrey Kondoqbia (“İnter”) milliyə dəvət alıblar.

Qeyd edək ki, Fransa millisi sentyabrın 1-də yoxlama oyununda İtaliya, sentyabrın 6-da isə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Belarusla üz-üzə gələcək.

 


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner