“Latsio”nun müdafiəçisi “Spartak”da

“Latsio”nun müdafiəçisi “Spartak”da
XƏBƏR 30 Avqust 2016 / 00:51 2740
-  A +

“Spartak” heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.az-ın Moskva klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Latsio”nun müdafiəçisi Maurisio dos Santos heyətə cəlb olunub. “Spartak” mərkəz müdafiəçisini 1 illik icarəyə götürüb.

Qeyd edək ki, dos Santos ötən mövsüm “Latsio”nun heyətində “A” seriyasında 24 oyuna çıxıb.

Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner