AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında müzakirə olunan məsələlər açıqlanıb.
Bu barədə AFFA prezidenti Rövnəq Abdullayev iclasın ardından keçirdiyi brifinqdə açıqlama verib.
O bildirib ki, ilk növbədə, futzal üzrə milli komandanın üzvləri ilə görüş keçirilib: "Onları Kolumbiyada keçiriləcək dünya çempionatına yola saldıq. Futzalda böyük nailiyyətlərimiz var. Düşünürəm ki, mundialda ilk növbədə, qrupdan çıxmaq imkanımız mövcuddur və bu imkanlardan istifadə olunacaq".
Daha sonra çimərlik futbolu üzrə milli komandamızın Avropa çempionatında çıxışı müzakirə olunub, B qrupundan A qrupuna yüksəlməsi çox gözəl nəticə sayılıb.
Qalan məsələlərə gəldikdə, danışılmış oyunlara qarşı birgə bəyannamə qəbul olunub. İlk növbədə, İK üzvləri bu sənədə qol çəkib. Bütün futbol ictimaiyyətinə bu bəyannamayə qol çəkməyə çağırış edilib: "Bir müddət öncə AFFA tərəfindən prezident İlham Əliyevə məktub ünvanlanıb. Məktubda xahiş etmişik ki, Azərbaycanın Cinayət Məcəlləsində də bu məsələ qeyd olunsun, danışılmış oyunlarla məşğul olanlar cinayət məsuliyyətinə cəlb edilsinlər. Bu, bütün dünyada böyük problemdir. Problemdən biz də yan qaça bilmirik. Bununla mübarizəni daha da gücləndirməliyik ki, Azərbaycan futbolu və idmanı bu qara yaradan uzaq olsun".
Eyni zamanda 17 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Rafiq Mirzəyevin istefası qəbul olunub. Əvəzində Vüqar Məmməd onun yerinə müvəqqəti təyin edilib: "Vüqar 7 ilədək yığmada köməkçi-məşqçi kimi çalışıb. Düşündük ki, həmin uşaqlarla işləmək üçün ona şans vermək lazımdır" (report.az).
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu