"Portu"nun hücumçusu "Beşiktaş"da

"Portu"nun hücumçusu "Beşiktaş"da
XƏBƏR 29 Avqust 2016 / 19:21 4612
-  A +

"Beşiktaş" heyətini gücləndirməyə davam edir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Portu"nun hücumçusu Vensan Abubakar bu mövsümün sonuna kimi icarə əsasında İstanbul klubunda çıxış edəcək.

İcarə haqqı olaraq "Beşiktaş" "Portu"ya 2 milyon 500 min avro ödəyəcək.  Kamerunlu hücumçuya isə 3.3 milyon avro maaş veriləcək.

Qeyd edək ki, V.Abubakar ötən mövsüm "Portu"da 42 oyuna 18 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner