"Qarabağ"ın rəqibindən növbəti transfer

"Qarabağ"ın rəqibindən növbəti transfer
XƏBƏR 29 Avqust 2016 / 11:58 3539
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın  rəqibi olan “Fiorentina” heyətini gücləndirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Florensiya təmsilçisi “Sevilya”nın yarımmüdafiəçisi Sebastyan Kristoforonu heyətə cəlb edib.

Uruqvaylı futbolçu mövsümün sonuna qədər İtaliya klubunda icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 2013-cü ildən “Sevilya”da çıxış edən Sebastian Kristoforo bu müddət ərzində üç dəfə Avropa Liqasının qalibi olub.


Son xəbərlər
topaz banner