Şehiç: “Artıq qrupdan çıxmaq zamanıdır”
“Hələ ilk oyunda sübut etmişdik ki, “Göteborq”dan daha yaxşı komandayıq. Səfər oyununda rəqibin bəxti gətirmişdi”. Bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.
Təcrübəli qapıçı Avroliqanın pley-off mərhələsinin cavab görüşündə “Göteborq” üzərində qazanılan 3:0 hesablı qələbəni belə şərh edib: “İsveçdə də qələbə qazanmalıydıq. Lakin şanslarımızı boşa verdik. Bu dəfə eyni səhvi təkrarlamadıq. İlk dəqiqələrdən rəqibə qarşı üstün oynadıq və layiqli qələbə qazandıq. 3 qol vurduq. Amma hesab arasındakı fərq 5-6 top ola bilərdi. Bunun üçün şanslarımız da var. Yenidən qrup mərhələsinə yüksəldiyimiz üçün sevinirəm”.
“Qarabağ”ın “1 nömrə”si komandasının qol şanslarını boşa verməsinin səbəbini belə izah edib: “Dəqiq səbəb demək çətindir. Bəlkə də İsveçdəki oyunda uduzmağımıza səbəb “Viktorya Plzen”lə görüşdən sonrakı məyusluq idi. Ola bilər ki, görüşə 100 faiz köklənə bilməmişdik. Səfərdə də üstünlük bizdə idi. Topaz nəzarət 70-in 30-a bizim xeyrimizə idi. Yeganə çatışmayan qol olmuşdu. Cavab matçında hər kəs gücümüzü gördü”.
İbrahim Şehiç komandasının növbəti hədəfinin qrupdan çıxmaq olduğunu vurğulayıb: “Qrupdan çıxmaq istəyirik. Bunun üçün səylə çalışırıq. Əvvəlki 2 ildə belə şansımız var idi. Hər iki halda məsələ son turda həll olundu. Əvvəlcə “İnter”lə görüşdə, ötən il də “Anderlext”lə oyunda qalib gələ bilmədik. Artıq qrupu keçmək zamanıdı. Bu dəfə uğur qazanacağımıza inanıram”.
Bosniyalı qolkiper sonda “Qrupda hansı komandalarla qarşılaşmaq istərdin” sualını belə cavablandırıb: “Rəqiblərin ciddi fərqi yoxdur. Ötən il “Tottenhem”, “Anderlext” və “Monako” ilə eyni qrupda yer aldıq. Püşkatmadan sonra çoxları şansımızın olmadığını deyirdi. Amma biz sona qədər qrupdan çıxmaq uğrunda mübarizə apardıq. Yalnız “Tottenhem”dən bir qədər geri qalırdıq. “Monako” və “Anderlext”lə aramızda ciddi fərq yox idi. Bakıda istənilən rəqibə qalib gələ bilərik” (futbolxeber.az).
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video