"Kəpəz" U-21 millimizlə qarşılaşacaq

"Kəpəz" U-21 millimizlə qarşılaşacaq
XƏBƏR 26 Avqust 2016 / 12:16 1919
-  A +

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Topaz Premyer Liqasında yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirəcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Gəncə təmsilçisinin rəqibi artıq müəyyənləşib.

“Sarı-göylər” Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda Farer adaları komandası ilə qarşılaşmaya hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə oynayacaq. Görüş avqustun 31-də keçiriləcək.


Son xəbərlər
topaz banner