Rəşad əsl kapitan olduğunu bir daha ortaya qoydu. “İmarət” nahaq yerə demir axı: “Ən böyük kapitan, bizim kapitan”. Təkcə ona görə yox ki, Rəşad qol vurdu. Həm də ona görə ki, Rəşad Azərbaycansayağı qol vurdu. Özünə sadiq qaldı.
Bütün dünyanın futbol mütəxəssisləri bundan sonra bu qolu müzakirə edəcək. Bundan sonra “Qarabağ”a rəqib olan komandaların məşqçiləri bu qolu öyrənəcək və künc zərbəsi zamanı Azərbaycansayağı qolun qarşısını almaq üçün taktika quracaqlar və sairə və sairə...
“Viktoriya” ilə oyundan sonra isə Rəşad hamının çökdüyünü demişdi. Bu məyusluq mənə çox ağır gəldi. “Ver o məğlubiyyəti mənə” deyə qışqırmaq istəyirdim...
Məğlubiyyətə hamı yiyə durmur axı. Məğlubiyyət yetim olur. Son oyunda tribunalara baxanda buna bir daha əmin oldum. “Qarabağ”ın “Viktoriya” məğlubiyyəti də yetim idi... Son oyunda da sanki yaddan çıxmışdı ki, “Qarabağ” oynayır... “Qarabağ” ey... Çoxları unutdu. Amma nə kapitan Rəşad, nə də onun komanda yoldaşları unutdu bunu.
Son nəfəsinə, son gülləsinə qədər vuruşan əsgərə bənzəyən, Riçi də unutmadı. Varlığı düşmən “əsgərini” vahiməyə salan Reynaldoda da unutmadı. Hər vurduğu qola görə tanrıya şükürlər edən Muarrem də unutmadı. Həssas qəlbi ilə “Qarabağ” adının nə demək olduğunu yaxşı dərk edən Şehiç də unutmadı. Azarkeşlərin “qaqa” adlandırdığı Ansi də unutmadı...
Və o “yetim” qəddini düzəltdi...
Rəşadın bir simvol olduğu bəllidir artıq. Və son oyunda həm də simvolik bir qol vurdu. Amma onun komanda yoldaşları da kapitanlarını tək qoymadı bu mübarizədə.
Muarrem, Dani və hamısı...
Rəşad 19-ci dəqiqədə vurdu birinci topu. Sonuncu topu isə Dani vurdu. 51-ci dəqiqədə. 19. 51.
Çoxdandır ki, sadiq azarkeşlər – “İmarət”çilər “Qarabağ”ın məhz 1951-ci ildə yaradıldığını deyir və bunu klubun rəsmi simvollarında da təsbit olunmasını istəyir. Hətta klub rəhbərliyinin də bəzi texniki problemlər olmasa bu tarixin qəbuluna etirazı yoxdu.
Son oyunda vurulan ilk və son qol da simvol idi. 19. 51.
Beləcə “Qarabağ” daha bir simvollu oyununu, simvol hesab edilə biləcək qələbəsini arxada qoydu. Hələ qarşıda görüləsi çox iş var...
Nə ruhdan düşmək, nə də geri çəkilmək olmaz.
Qalib də olsa, məğlub da olsa “Qarabağ” elə Qarabağdı.
“Qarabağ”a Qarabağlı, Ağdamlı, İmarətli günlər arzusu ilə
Asəf QULİYEV
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi