“Öz meydanımızda “Qarabağ”a qalib gəlməyi bacardıq. Bunu yaxşı nəticə hesab edirik. Ancaq həmin görüşü unutmaq lazımdır. Qrup mərhələsinə düşmək üçün 90 dəqiqə mübarizə aparmalıyıq. Bizim üçün xüsusi oyun olduğunu yəqin ki, başa düşürsünüz”.
Qol.az-ın məllumatına görə, bu sözləri Avropa Lqiasının pley-off mərhələsində sabah “Qarabağ”la qarşılaşacaq “Göteborq” klubunun kapitanı Mattias Brayismir deyib.
Təcrübəli müdafiəçi İsveç mətbuatına açıqlamasında mərhələni adlamaq şanslarını dəyərləndirib:
“Bakıda bizi çətin oyun gözləyir. Rəqiblə hesablaşmalı olacağıq. “Qarabağ” böyük qüvvə ilə hücumlar edəcək. Onların heyətində oyunun taleyini həll edə bilən, fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Ancaq bizim müdafiəmizi yarmaq üçün çox çalışmalıdırlar. Çünki yaxşı müdafiə olunuruq. Təbii ki, geridə oynamaq fikrində deyilik. Sürətli əks hücumlarla qol vurmağa çalışacağıq. Bakıya sərfəli nəticə üçün gedirik”.
30 yaşlı futbolçu bildirib ki, qrup mərhələsinə düşsələr, bu, onun üçün çox böyük nəticə olacaq: “Qrupa düşsək, 2007-ci ildə İsveç çempionluğumuzdan sonra ikinci böyük nəticəm olacaq. Həmin çempionluqdan çox vaxt keçib. Karyeramda yeni səhifə açmaq istəyirəm. Bu anı gözləyirəm. Çempionatda da yaxşı nəticə qazanacağımızı düşünürəm. Liderlərdən bir qədər aralı düşsək də, çempionluğu hədəfləmişik”.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Göteborq” oyunu saat 20:30-da başlayacaq. İsveçdə keçirilən oyunda isə "Göteborq" qalib gəlmişdi - 1:0.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu