"Bakı" və "Neftçala" birinci diviziona buraxılmadı

"Bakı" və "Neftçala" birinci diviziona buraxılmadı
ÖLKƏ FUTBOLU 22 Avqust 2016 / 12:14 4230
-  A +

Azərbaycan I divizionunda 2016/2017-ci illər mövsümündə iştirak edəcək komandalar müəyyənləşib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bunlar aşağıda adları qeyd olunanlardır:

“Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Mil Muğan”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Göyəzən”, “Energetik”, “Səbayıl”.

Göründüyü kimi, iki dəfə ölkə çempionu olmuş "Bakı" I divizionda iştirak etməyəcək. Eyni zamanda ötən mövsüm I divizonun çempionu olan "Neftçala"da çempionatdan imtina edib.Yeni yaranan "Səbayıl" klubu isə aşağı dəstədə debüt edəcək.

Qeyd edək ki, sabah yeni mövsümün püşkatması keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner