“İnter” Caner Erkindən imtina edir

“İnter” Caner Erkindən imtina edir
XƏBƏR 21 Avqust 2016 / 14:15 5487
-  A +

“İnter” türkiyəli müdafiəçi Caner Erkinlə vidalaşmağa hazırdı.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 27 yaşlı futbolçu bu yay Roberto Mançininin istəyi ilə komandaya cəlb olunub. Lakin Mançininin istefaya göndərilməsindən sonra Caner Erkinin klubdan gedişi gündəmə gəlib.

“İnter”in yeni baş məşqçisi Frank de Bur türkiyəli futbolçunun xidmətinə ehtiyac duymur. O, Canerin mövqeyində Davide Santoneyə güvənir.


Son xəbərlər
topaz banner