"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının pley-off mərhələsinin Sloveniya "Maribor"u ilə ilk oyundan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda nə düşünürsünüz?
- Maraqlı oyun keçdi. Gözlədiyimizdən də gözəl oyun alındı. Arxayınlaşmaq olmaz. Rəqibimiz çox güclü idi. Bütün suallara səfər matçında aydınlıq gələcək.
- İlk qoldan sonra planların alt-üst olduğunu düşündünüzmü?
- Xeyr. Çünki artıq komanda şəklində formalaşmışıq. Qol buraxsaq da, özümüzə gəlməyi bacardıq. Artıq eyni üslubda oynayırıq.
- Hücumçu məsələsi həll olunub?
- Xeyr, axtarımız davam edir. Bu, yaralı yerimizdir. Əlcəzairli hücumçu ilə son anda anlaşa bilmədik.
- Komanda qrup mərhələsinə düşsə, rəhbərlik daha çox pul ayıracaq?
- Əlimizdə nə varsa, bundan maksimum istifadə edirik. Hücumçu transfer edilməsi mümkündür. Klub prezidenti ilə danışacağıq və qərar veriləcək.
- Məhdud heyət və az məbləğlə qazanılan bu nəticə yaxşıdır?
- Buna kənardan qiymət vermək lazımdır.
- Premyer Liqanın növbəti turunda "Sumqayıt”la oyunun təxirə salınması söz-söhbətə səbəb oldu...
-Səfərə yollanmaq üçün az vaxt qalırdı. Heyətimiz kasaddır. Bizi başa düşsünlər.
- Avrokuboklarda ilk dəfə "Dalğa Arena”da oynadınız. Dəyişikliyi hiss etdiniz?
- Bəli. İlk 2 turda da bu stadionda oynamışdıq. Hiss olunurdu ki, futbolçular mühitə uyğunlaşma prosesi üçün matçın əvvəlindəcə keçirdilər.
- Komanda Qəbələyə nə vaxt qayıdacaq?
- Bunu millinin oyunlarından sonra planlaşdırırıq.
Mənbə: sportnet.az
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu