"Qarabağ"ın rəqibində ciddi itki

"Qarabağ"ın rəqibində ciddi itki
XƏBƏR 17 Avqust 2016 / 17:09 4008
-  A +

Avropa Liqasının pley-off mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq İsveçin "Qöteborq" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın İsveç mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvlərindən olan Soren Rieks bugünkü məşq zamanı zədələnib.

Danimarkalı yarımmüdafiəçi dizindən xəsarət alıb.Onun "Qarabağ"la oyunu buraxma ehtimalı böyükdür.

Qeyd edək ki, sabah İsveçdə keçiriləcək "Qöteborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər
topaz banner