"Qəbələ"yə qol vurmaq çətindir"

"Qəbələ"yə qol vurmaq çətindir"
ÖLKƏ FUTBOLU 17 Avqust 2016 / 15:03 4419
-  A +

"Qəbələ"nin yaxşı komanda olmağına zərrə qədər də şübhəm yoxdur. Çox ciddi komandadır".

Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki Sloveniya mətbuatına açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qəbələ" - "Maribor" (Sloveniya) oyunu öncəsi komandaların şanslarını dəyərləndirib:

"Maribor"un işi asan olmayacaq. Düzdür, "Qəbələ"də də müəyyən problemlər var, ancaq bu komanda ilə qarşılaşmada risk etmək təhlükəlidir".

Prosineçki "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk haqda da xoş sözlər deyib: "Qriqorçuk intizamı, ciddiliyi ilə seçilən məşqçidir. Müdafiəyə daha çox diqqət edən mütəxəssisdir. Ona görə də bu komandaya qol vurmaq asan deyil".

Qeyd edək ki, komandalar arasında ilk oyun sabah Bakıda keçiriləcək.

Daha çox


Son xəbərlər