“Qarabağ” yeni transferini sifariş etdi

“Qarabağ” yeni transferini sifariş etdi
XƏBƏR 15 Avqust 2016 / 16:14 5906
-  A +

“Qarabağ” yeni transferi Dino Ndlovunu da Avropa Liqasnın pley-off mərhələsində “Höteborq”la oyunlar üçün  sifariş edib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi 26 yaşlı hücumçunun adını İsveç klubu ilə oyunların sifariş ərizəsinə daxil edib.

Bu isə o deməkdir ki, baş məşqçi Qurban Qurbanovun şans verəcəyi təqdirdə Dino Ndlovu “Höteborq”la oyunda meydana çıxa biləcək.

Cənubi afrikalı futbolçu “Qarabağ”da 6 nömrəli formanı geyəcək.

Son xəbərlər
topaz banner