Polis “Fənərbaxça”nın sabiq futbolçusunu öldürdü

Polis “Fənərbaxça”nın sabiq futbolçusunu öldürdü
XƏBƏR 15 Avqust 2016 / 15:28 7119
-  A +

“Fənərbaxça”nın sabiq futbolçusu Dalian Atkinson İngiltərə polisi tərəfindən öldürülüb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, polislər 48 yaşlı keçmiş hücumçu ilə əlbəyaxa olub və onu şok cihazı ilə zərərsizləşdirmək istəyib.

Silahın təsirindən huşunu itirən Atkinson dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki,  “Real Sosyedad”, “Aston Villa”, “Mançester Siti” kimi tanınmış klubların şərəfini qorumuş ingiltərəli futbolçu 1995-1997-ci illərdə “Fənərbaxça”da çıxış edib.

Son xəbərlər
topaz banner