Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turniri təşkil olunub. İsveçrə sistemiylə keçirilən yarış 5 turdan ibarət olub. Tunnirin qalibi adını 5 oyundan 4.5 xal toplayan Murad Həşimov qazanıb.
Bu haqda Qol.az-a Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən məlumat verilib.
5 oyundan 4 xal toplayan 4 könüllü arasında 2-3 cü yerin sahibini müəyyən etmək üçün tay-brek oynanılıb. Yekun nəticələrə əsasən Pünhan Talıbxanlı və Kənan Namazlı müvafiq olaraq 2-3-cü yerləri tutub. Qızlar arasında ən yaxşı nəticəni 5 oyundan hərəyə 3,5 xal toplayan Aysel Məmmədzadə və Aytac Zülfüqarlı əldə edib.
Yarışın mükafatçılarına kubok, medal və müxtəlif dəyərli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turnirinin keçirilməsində əsas məqsəd şahmat biliklərinin artırılması, qaydaların mənimsəilməsi, könüllülərin komanda quruculuğunun daha da möhkəmləndirilməsidir.
Yuxarı
Poqba sıradan çıxdı
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi