"Qarabağ"ın oyununda polşalı hakimlər

"Qarabağ"ın oyununda polşalı hakimlər
ÖLKƏ FUTBOLU 15 Avqust 2016 / 14:10 2856
-  A +

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Höteborq”la ilk oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı polşalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi  Pavel Raçkovski olacaq. Ona Radoslav Sneyka, Mihal Obukoviç kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Tomaş Kvyatklovski olacaq.

Qeyd edək ki, İsveçdə keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər