Boatenq ilin ən yaxşısı seçildi

Boatenq ilin ən yaxşısı seçildi
XƏBƏR 14 Avqust 2016 / 16:41 2638
-  A +

“Bavariya”nın müdafiəçisi Jerom Boatenq Almaniyada ilin ən yaxşı futbolçusu seçilib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 27 yaşlı futbolçu idman jurnalistləri arasında keçirilən sorğuda qalib gəlib. Boatenq 674 mümkün səsdən 163-nü toplamaqla birinci olub.

Onun komanda yoldaşları - Tomas Müller 95 səslə ikinci, Robert Levandovski isə 90 səslə üçüncü yeri tutub.

Son xəbərlər
topaz banner