"Qəbələ" və “GoSport Baku” birlikdə daha bir layihəyə imza atıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın məşqçi heyəti və futbolçuları ötən mövsüm Avroliqa zamanı "Port Baku Mall”da yerləşən “Go Sport” mağazasında azarkeşlər və media nümayəndələri ilə görüşmüşdüsə, bu dəfə tədbir Bakının ən böyük idman mağazası olan “Gənclik Mall”da yerləşən “Go Sport” mağazasında baş tutub.
UEFA Avropa Liqasının pley-off mərhələsinin "Qəbələ" - "Maribor" (Sloveniya) oyunu ərəfəsində keçirilən görüşdə baş məşqçi Roman Qriqorçuk, komandanın kapitanı Rəşad Sadiqov, bu yay transfer olunan legionerlər - Teo Uiks və Baqali Dabo iştirak ediblər. Görüş zamanı mağazada təşkil olunan klubun rəsmi forma və aksessuarlarının satış nöqtəsi - "Gabala Korner"in təqdimetmə mərasimi keçirilib. Ardınca isə azarkeşlər və futbolçular arasında maraqlı müsabiqələr – “Play Station” turniri və masaüstü futbol yarışı keçirilib. Azarkeşlərlə futbolçuların qatıldığı yarışların qalibləri mükafatlandırılıb. Böyük marağa səbəb olan tədbirdə azarkeşlər baş məşqçi və futbolçularla xatirə şəkilləri çəkdiriblər.
Media nümayəndələri isə Roman Qriqorçuk və oyunçuların tədbir və qarşıdakı vacib qarşılaşma haqda fikirlərini öyrəniblər. Ukraynalı mütəxəssis belə görüşün vacibliyini qeyd edib: “Azarkeşlərlə görüşlər həmişə xoşdur. Belə tədbirlər ona görə vacibdir ki, futbolda daha yaxşı atmosfer yaradır”. Qriqorçuk “Maribor”la qarşılaşma haqda da fikirlərini bölüşüb: “Futbolçulara demişdim ki, "Lill"i keçsək, qrupa düşəcəyik. Bunu mənim inamım deyir. Oyunçular bunu xatırladığından məsuliyyətləri lazımi səviyyədədir. Maribor”un əsas üstünlüyü sürətli hücumlar təşkil etməsidir. Sloveniya klubunun futbolçuları rəqib qapısına çox sürətlə yaxınlaşmağı bacarır. Azarkeşlərin “Dalğa Arena”ya gəlməsinin çətin olduğunu bilirəm. Bizə onların dəstəyi lazımdır. Bu problem həll olunacaq. Azarkeş dəstəyi olanda “Qəbələ” daha yaxşı oynayır”.
Sadiqov "Gabala Korner"in açılmasını müsbət hal kimi dəyərləndirib və belə nöqtələrin olmasına münasibət bildirib: “Belə tədbirə qatılmaq çox xoş oldu. Klubun aksessuarlarının satışa çıxarılması sevindiricidir. Bütün klubların belə nöqtələrə malik olmasını arzulayıram”. Zədə səbəbindən “Maribor”la ilk oyunu buraxacaq komandamızın kapitanı Sloveniya təmsilçisi ilə matçlar haqda da fikirlərini açıqlayıb: “Qrup mərhələsinə düşmək istəyirik. Bu il daha iddialıyıq. Həm çempionata, həm Avropa Liqasına yaxşı başlamışıq. İki dəfə bu mərhələdə oynamışam. 3-cü dəfə buna nail olmaq istəyirəm. “Maribor” dəfələrlə qrupda oynayıb, ölkəsinin çempionu olub. Amma biz də iddialıyıq. Düşünürəm ki, mərhələ keçmək şansları bərabərdir. Fikrimcə, kim daha aqressiv oynasa, o da mərhələ keçəcək”
Yuxarı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video