2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1/4 final görüşündə fransalı Sofian Umihaya uduzaraq, mübarizəni dayandıran Azərbaycan boksçusu Albert Səlimov karyerasını başa vurmaq niyyətində oluğunu bildirib.
"Report" xəbər verir ki, bunu 60 kq. çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın suallarını cavablandırarkən bildirib.
- Dünən görüşdən sonra hərə bir söz deyirdi. Kimisi də susurdu. Mən özlüyümdə hiss edirəm ki, döyüşüm alınmadı. Özümü finalda görür, həlledici görüşə vəsiqə qazanacağımı, hətta olimpiya çempionu olacağımı düşünürdüm. Amma hiss etməklə deyil. Döyüşüm sonadək alınmadı. Bu, mənim günahımdır. Bütün Azərbaycan xalqı, ölkə prezidenti, gənclər və idman naziri, Azərbaycan Boks Federasiyası, Azərbaycanda və Dağıstanda mənim üçün həyəcan keçirən bütün insanlar qarşısında üzr istəyirəm. Hamıya çox sağ olun deyirəm. Fikrimcə, artıq karyeramı başa vurma zamanıdır. Dünənki döyüşdən sonra düşünürəm ki, artıq getmə zamanıdır.
- Bəlkə bu fikirləri emosiyaların təsiri altında deyirsiniz?
- Xeyr. Artıq 30 yaşım var. 4 il öncə məni bura çağıranda hər cür şəraiti yaratdılar. Daha yaxşı döyüşə bilərdim. Bilmirəm nə baş verdi. Döyüşə ruh yüksəkliyi ilə çıxmasan belə, hər şeyini ortaya qoymalısan. Mən ötən gün var gücümü ortaya qoymadım. Daha doğrusu, döyüşə psixoloji cəhətdən düzgün yanaşmadım. Bilmədim nə baş verdi. Gücüm də var idi. Bu rəqibi bir neçə dəfə məğlub etmişdim.
- Döyüşdən sonra sizə çoxlu zənglər gəldi?
- Mən döyüşdən sonra heç kimə cavab vermirəm. İnternetə də daxil olmuram. Şəxsi suallara indi cavab vermək istəmirəm. Bir-iki ay keçəndən sonra belə suallara cavab verərəm. Amma daha boks barədə danışmayacağam. Artıq boksla qurtardım.
- Karyeranızı bitirdikdən sonra hansı işlə məşğul olmağı düşünürsünüz?
- Əlim-ayağım, başım var. Gedib bostanda işləyəcəyəm. Biz kişiyik, ailəmizi dolandırmalıyıq. Acından batmayacağıq.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Millətlər Liqasında daha 8 oyun
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə