“Maribor”un idman direktoru, Sloveniya futbolunun canlı əfsanəsi Zlatko Zahoviçin müsahibəsi
- Avroliqanın pley-off mərhələsində rəqibiniz olan “Qəbələ”nin Azərbaycan çempionatında “İnter”ə qarşı keçirdiyi oyunu canlı izlədiniz. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Ölkə çempionatı və Avroliqa görüşlər fərqli olur. “Qəbələ” yaxşı komandadır. Biz onlara hörmətlə yanaşırıq. Rəqib kimi bizim də məqsədimiz mərhələ adlamaqdır. Ona görə də qarşıdakı görüşə çox ciddi hazırlaşmalıyıq.
- “Qəbələ”nin hansı oyunçusu “Maribor”a daha çox problem yarada bilər?
- “Qəbələ”nin heyətində yaxşı oyunçuların sayı çoxdur. Amma hesab edirəm ki, komandanın lideri Filip Ozobiçdi. O, çox inamlı oyun göstərir.
- Ozobiç xorvatdı. Onu daha əvvəldən tanıyırdız?
- Xeyr, yalnız “Qəbələ”nin heyətindən tanıyıram.
- “Qəbələ” - “Maribor” cütündə hansı komanda favoritdir?
- Bunu demək çətindi. Futbolda hazırda favorit olmur. “Qəbələ”yə hörmətlə yanaşırıq. Bilirik ki, ötən il qrup mərhələsində çıxış ediblər. Bu il də ilk 3 mərhələni uğurla adlayıblar. Komanda taktiki cəhətdən çox güclüdür
- Faizlə şansları necə dəyərləndirərdiz?
- Bunu demək çətindi.
- 50-50-yə ilə də razı deyilsiz?
- Təbii ki, 50-50-yə söyləmək olar. Şanslar oyundan qabaq hər zaman bərabər olur. Bizim də heyətimizdə yaxşı oyunçular var. Mərhələ adlayacağımıza inanırıq.
- “Qəbələ”nin əvvəlki mərhələdə “Lill”i mübarizədən kənarlaşdırması sizin üçün sürpriz oldu?
- Bu gün hamı futbol oynamağı bacarır. İstər taktiki, istər fiziki baxımdan. Ona görə də hansısa nəticəni sürpriz saymaq düzgün olmaz.
- Gördüyünüz kimi Bakıda hava çox istidi. Bunu “Maribor” üçün əlavə çətinlik saymaq olar?
- Hava istidi, amma bu barədə çox düşünməyə dəyməz. Bizə Bakının istisi yox, “Qəbələ” problem yarada bilər. Lakin “Maribor” da zəif deyil. Qarşıdakı oyunlar hər iki komanda üçün çətin keçəcək.
- “Qəbələ” - “Maribor” oyunu bu gün olduğunuz “Dalğa Arena”da keçiriləcək. Stadionu bəyəndiniz?
- Arena yaxşıdı. Stadion yox, daha yaxşı oynamaq barədə düşünməliyik.
- Püşkün nəticəsinə əsasən ilk görüşdə “Maribor” meydan sahibi olmalıydı. Amma sonradan görüşlərin yeri dəyişdirildi. Bu, komandanızın lehinədir?
- Bu, bizim üçün çox yaxşı haldır.
Mənbə: Futbolxeber.az
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Millətlər Liqasında daha 8 oyun
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə